Xəbər: Mühasibatlıq xidmətləri

1. Müəssisə haqqında ümumi məlumatların qeyd olunması (müəssisənin bölmələrinin və ümumi məlumatların əlavə edilməsi, müəssisənin məsul şəxslərinin əlavə edilməsi,uçot paremetrlərinin qurulması,müəssisənin uçot siyasətinin müəyyən edilməsi) . 2. Bank uçotu ( verilən və ya daxil olan ödəniş tapşırıqlarını doldurma, bank çıxarışlarını nəzərdən keçirmə). 3.Kassa uçotu ( kassa mədaxil və ya məxaric orderlərininin doldurulması, avans hesabatını aparılması ). 4.Alışın uçotu (vəkalətnamələri doldurma, məhsul və ya xidmətlərin daxil olması, əlavə xərclərin daxil olması, idxal üzrə YGB-ni doldurma və s). 5. Satışın uçotu (alıcıya təqdim edilmiş hesab, məhsul və ya xidmətlərin satışı, alıcı tərəfindən malların geri qaytarılması və s). 6. Anbar uçotu (anbarlarda malların inventarizasiyasının aparılması, malların anbara mədaxil edilməsi, malların silinməsi, malların anbarlarda yerdəyişməsi ). 7. İstehsalın uçotu (qaimə-tələbnamənin doldurulması, məhsul və xidmətlərin mədaxil edilməsi, istehsalın növbə üzrə hesabatı,hazır məhsulun satılması, istehsal xarakterli xidmətin kənar sifarişçilərə göstərilməsi, bitməmiş istehsalın qalığının müəyyən edilməsi). 8.Torpaq, tikili və avadanlıqların uçotu ( TTA-ların mədaxil edilməsi, TTA-ların uçota alınması, TTA-ların satışı, TTA-ların silinməsi və s). muhasibatliq xidmetleri
9. Qeyri-maddi aktivlərin uçotu (QMA-in daxil olması, QMA-in uçota alınması, QMA-in silinməsi, QMA-in satışı). 10.Əmək haqqının uçotu (müəssisənin işçilərinə əmək haqqının hesablanması, əmək haqqının uçotda əks etdirilməsi, müəssisədə ödənilməli əmək haqqının aparılması, verilmiş ödəniş tapşırığı ilə əmək haqqının bankdan verilməsi, kassa mədaxil orderi ilə əmək haqqının bankdan kassaya gətirilməsi və ya kassa məxaric orderi ilə kassadan verilməsi, ödənilməmiş əmək haqqının deponentləşdirilməsi ). 11.Kadrların uçotu (müəssisəyə işçilərin qəbul edilməsi, kadrların yerdəyişməsi, müəssisədə işçilərin işdən azad edilməsi, məzuniyyət diaqramının qurulması, kadrların şəxsi kartoçkasının və işçilərin siyahısı cədvəlinin və əmrlərin çap formalarının avtomatik doldurulması və s). 12.Hesabat ayının bağlanmasının uçotu (amortizasiyanın hesablanması, valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsi, gələcək dövrün xərclərinin silinməsi, istehsal məsrəfləri hesabının silinməsi və məhsul buraxılışının maya dəyərinin korrektirovkası, maliyyə nəticəsinin (mənfəət və zərərin) müəyyən edilməsi, mənfəət vergisinin hesablanması). 13.Hesabatlar ( Balans, Nağd pul vəsaitlərinin hərəkəti (Cash flow), Mənfəət və zərər hesabatı, Kontragentlərlə qarşılıqlı geniş hesabat, Satış hesabatı,Gəlir və Xərclər hesabatı, Anbarda mal qalığı və hərəkəti hesabatı və s).

Baxış sayı: 289

İp sayı: 111

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Address

Nərimanov, Əhməd Rəcəbli

Social

Yeniliklərə abunə olun