Xəbər: Seo və Adwords xidməti

Bu məqalədə sizlərə Adwords xidmətinin və seo xidmətindən fərqini, Adwords xidməti haqqında geniş məlumat və seo xidməti haqqında məlumat verəcəyik. Adwords xidməti və seo xidməti google axtarış sistemi üzərində qurulan xidmət növüdür. Adwords xidməti saytın google axtarış sistemində ödəniş ilə ön sıralara çıxmasıdır. Seo xidməti isə saytın google axtarış sistemində ödənişsiz olaraq ön sıralarda çıxmasıdır. Fərqli cəhətlərdən biri də Adwords xidmətində google axtarış sistemindən sizin saytınıza keçid edərlərsə sizin büdcənizdə müəyyən qədər pul çıxılır, Seo xidmətində isə bunun əksinə olaraq google axtarış sistemindən sizin saytınıza keçid olarsa bu zaman sizin büdcənizdən heç bir məbləğ çıxılmır və bu keçid sizin saytınız axtarış sistemində tutduğu mövqedən daha da üst sıralara çıxa bilməyinizə müsbət təsir edir. İndi isə adwords xidmətində bizim iş prosesimizi və adwords haqqında danışaq: Adwords-də reklam qurularkən ilk öncə reklam üçün kampaniya yaradılır. 2-ci etapda bu kampaniyanın içində ayrıca reklam qrupları yaradılır.
Seo və Adwords xidməti
3-cü bu reklam qruplarının hər biri üçün ayrıca reklamlar hazırlanır. Reklam hazırlanarkən diqqətli olmaq lazımdır, belə ki əgər siz reklam mətninin yerinə nömrənizi yazsanız o zaman adwords sizin reklamınızı qəbul etməyəcək. Ona görə reklam yaradanda bütün xanaları düzgün və müştəriləri sizin reklamlarınız cəlb edəcək formada yazmaq lazımdır. Məsələn, təsəvvür edinki hər hansı bir açar sözündə sizdən başqa 3 reklam verən firma var. Sizin reklamınız lap birinci yerdə çıxsa belə sizin reklamınızda yazılan yazılar və başlıqlar müştərini cəlb edəcək formada olmazsa o zaman müştərilər sizin reklamınıza deyil də rəqib firmaların reklamına klik edəcək və onlara müraciət edəcək. 4-cü hər bir reklam qrupun içərisində olan reklama aid açar sözlər yerləşdirilir. Bu açar sözlər yerləşdirilərkən hər tıklamaya görə qoyulan ödənişə diqqət etmək lazımdır. Misal, Əgər reklamın ilk səhifədə görünməsi üçün adwords yazdığınız açar sözünə minimum 30tl tələb edirsə və siz o açar sözünə hər tıklama üçün 15 tl qoymusunuzsa o zaman sizin reklamınız ilk səhufədə görünməyəcək. Bu isə sizin rəqiblərinizin sizdən öndə olması və sizin müştəriləri itirməyiniz deməkdir. Adwords xidməti üçün reklam tam qurulub yayınlandıqdan sonra adwords-ün sistemi sizin reklamınıza görə yazdığınız açar sözlərində hər tıklama üçün olan məbləğdən az çıxa bilər. Belə ki, sizin reklamınızı adwords 10luq sistemdə 8 ilə qiymətləndiribsə və rəqibini 5 ilə qiymətləndiribsə o zaman sizin tıklamanızda rəqibinizi tıklamasında çıxılan ödənişdən xeyli az miqdarda ödəniş çıxılacaq. Saytları üçün seo və adwords xidmətindən yararlanmaq istəyənlər bizə müraciət edə bilərlər. Bizim işimiz müştəri məmnuniyyətidir.

Baxış sayı: 841

İp sayı: 340

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Address

Nərimanov, Əhməd Rəcəbli

Social

Yeniliklərə abunə olun