Xəbər: Hazır cms mi yoxsa sıfırdan yığılan saytlarmı?

Kiçik qurumlar və ya fərdi şəxslər CMS, Joomla, WordPress, Drupal, Grav, Pagekit kimi məzmun idarə sistemlərini istifadə etməyə alışırlar. Bunun iki əsas səbəbi var: 1. Populyar CMS-ləri istifadə edərək, bir saytın qurulması, onu konfiqurasiya etmək və hətta hazır pluginlərdən istifadə edərək daha funksional hala gətirmək çətin deyil. Buna görə də bu xidməti hətta ekspert olmayan şəxslərdən əldə etmək mümkündür 2. Yuxarıda saydığımız səbəbə görə ümumi etibarilə bir CMS ilə daha az xərcə sayt hazırlana bilər. Böyük qurumlarda, təşkilatlarda və fərdlərin saytlarında cms istifadə olunurmu? Əlbətdəki xeyr, hətta tam tərsinə fiziki şəxslər, qurumlar, təşkilatlar böyüdükcə istəyirlər ki, sahib olduqları saytlar öz palatformalarında olan sıfırdan yığılan saytlar olsun. Çünki, cms ilə yığılan saytlar cms-i yaradının platformasının içində olur və o platformanın sahibi sizin saytınıza istədiyi vaxt müdaxilə edə bilər. Ancaq bəzi Avropa ölkələrində cms ilə sayt qurmağa üstünlük verirlər. Dünyada bəzi tanınmış firmalar və qurumlar cms-lərdən istifadə ediblər. Məsələn: eBay, Time, BBC Amerika, Sony Music, Beyonce, Xerox, Quartz ve daha çoxu WordPress istifadə edir.Joomla, Drupal, Magento kimi sistemləri istifadə edən və yenə adları hamımıza məlum olan, fərqli ölkələrdən bir çox şirkət və fiziki şəxsi missal göstərmək olar.
Cms və sıfırdan yığılan sayt fərqi
Sizə maraqlı deyilmi cms-in nə olduğu? CMS hər hansı bir şəxsin, qurumun fə ya virmanın qurduğu bir platformadır. İnsanlar bu platformanın üzərindən platformada olan sayt temalarından birini seçirlər və o temanın kententini(şəkil, vidyo, mətn və s.) doldururlar və saytlarını qurmuş olurlar. Bəzi temalarda saytın ümumi dizaynını da admin paneldən dəyişmək olur. Bəzi insanlarda elə düşünür ki əgər özüm saytda istədiyim yeri istədiyim kimi dizayn edə bilirəmsə mən proqrammistəm :)). Ancaq düşünmürlər ki, bu başqasının platforması üzərində olan saytdır,siz o platformada yalnız content meneger işlərini görürsünüz və o platformanın sahibi istədiyi vaxt sizin saytınıza istədiyi müdaxiləni edə bilər. Həqiqətən öz platformanızda öz şəxsi saytınızı qurmaq istəyirsinizsə o zaman siz mütləq kodlaşdırmanı öyrənməlisiniz. CMS istifadə edən belə böyük və məşhur markalar nəyə görə hazır sistem və cms istifadə edirlər? Çünki, saytı hazırlamaq vaxtına qənaət edərək qısa vaxt ərzində öz saytlarını qurmuş olurlar. Həttə cms ilə qurulan saytlarda təhlükəsizlik güclü olur. Saytınızı öz platformanızda da qursanız təhlükəsizliyi manual olaraq güclü qura bilərsiniz.

Baxış sayı: 313

İp sayı: 205

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Address

Nərimanov, Əhməd Rəcəbli

Social

Yeniliklərə abunə olun