Xəbər: Saytların yenilənməsi

Veb saytınızı yayınladıqdan sonra çox keçmədən bir qisim yeniləmələrə eytiyacınız ola bilər. Saytların yenilənməsi 2 cür ola bilər: 1. Saytların yenilənməsi - kod ilə qurulan dizayn üzrə ola bilər. 2. Saytların yenilənməsi - kontentlər üzrə ola bilər. Əgər sizin saytınızın admin paneli yoxdursa və saytların yenilənməsi prosesini özünüz etmək istəyirsinizsə o zaman sizin mütləq kodlaşdırmadan müəyyən səviyyədə biliyiniz olmalıdır(Sözü gedən saytlar cms ilə yığılmayan saytlardır). Əgər düzəliş edəcək qədər biliyiniz yoxdursa ola bilərki müəyyən qədər düzəliş edə bilərsiniz, ancaq sonradan etdiyiniz o düzəlişlər saytınızda problemlər yarada bilər. Misal, html kodu ilə daxil edilən şəkilin adı ilə həmin səhifədə olan mətnlərdən hər hansı ilə eynilik təşkil edərsə və siz o mətndə şəklin adı ilə eynilik təşkil edən hissədə düzəliş etmək istəyərkən səhfən şəklin adını dəyişsəniz o zaman o şəkil sizin səhifənizdə görünməyəcək və ya hansısa kodu silsəniz saytın o kod olan hissəsi işləməyəcək. Yox əgər saytınızın admin paneli varsa o zaman siz özünüz saytınızın kontent hissəsində yeniləmələr edə bilərsiniz. Admin paneldən saytınıza şəkil və ya mətn daxil edərkən o daxil etdiklərinizin saytınızda görünməsi prosesi necə baş verdiyi sizə maraqlı gəlmir?
Saytların yenilənməsi
Saytların yenilənməsində tutaqki siz saytınıza hər hansı bir xəbər yerləşdirirsiniz, bu məlumatı admin paneldən yerləşdirdikdən sonra saytda görünürməsi pro sesini izah edək. Siz admin paneldə birinci məlumat xanalarını doldurursunuz və sonra göndərmək buttonuna tıklayırsız. Bu zaman sizin göndərdiyiniz məlumatlar saytın admin panelində yazılan kodlar ilə alınır və saytın verilənlər bazasına yazılır. Verilənlər bazasında hər bölmə üçün ayrıca cədvəli qurulur. Hər xanadan göndərilən məlumat bu bölməyə aid olan cədvəlin bir sütununa yazılır. Bazaya yazılan məlumatlar kod sorğuları ilə alınıb saytda yerləşdirilir. Saytların yenilənməsini kod ilə qurulan dizaynda etdikdə saytın ümumi forması dəyişir. Sıfırdan yığılan saytlarda bu prosesi etmək üçün ən azı html,css və javascript biliyini müəyyən dərəcədə olmalıdır. Cms ilə yığılan saytlarda bu prosesi admin paneldən də müəyyən dərəcədə etmək olur. Ancaq sıfırdan cms ilə yığılan saytlarda bəzən elə funksiyalar olur ki onları sayta əlavə etməyə cms icazə vermir və bu da cms-in mənfi tərəfidi. Əslində cms ilə yığılan saytların mənfi tərəfləri çoxdur bu mövzuya dair ayrıca məqalə yazacağıq. Saytlarınızı yeniləmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Bizim işimiz müştərilərin etimadını doğrultmaqdır!

Baxış sayı: 551

İp sayı: 356

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Address

Nərimanov, Əhməd Rəcəbli

Social

Yeniliklərə abunə olun