Xəbər: Chat hazırlama kodları

Salam dostlar, bugün sizlərə php-də chat necə hazırlanır onun ümumi məntiqini yazırıq. Əgər yazdığımız kodları başa düşməsəniz o zaman vidyonu izləməyi tövsiyyə edirik. Əslində php bilənlər üçün php-də chat scriptini yazmaq çox asan işdir, bilməyənlər biraz çətinlik çəkə bilərlər. Ancaq bilməyənlər də vidyoya baxıb və bəzi araşdırmalar edərək hazırlaya bilərlər. Php-də chat scriptini 2 cür yazmaq olar: 1. Yazılanları txt faylına yazdırıb oxutmaq. 2. Verilənlər bazasına(Database) yazdırıb ozutmaq. Script yazmağın 2 yolundan da istifadə edə bilərsiniz. Ancaq biz Verilənlər bazası ilə qurmağı məsləhət görürük. 1. Scripti txt faylına yazırmağı izah edək İlk növbədə bir tht.txt faylı yaradırıq və sonra php faylın içərisinə aşağıdakı kodları yazırıq:

$fp = fopen("tht.txt",'ab'); $yazi = "Ayxan"; fwrite($fp);


Burada, bu kodlar ilə tht.txt faylını açırıq və yazılan yazılara $yazı bu dəyişkəni tanıdıb o yazıları tht.txt faylının içərisinə yazdırırıq. Daha sonra tht.txt faylına yazılan yazıları aşağıdakı kodlarla geri – php faylından çağırıb ekrana yazdırırıq.

$fp = fopen = ("tht.txt",'r'); if(!$fp) { echo "Dosya acılamadı"; } while(!feof($fp)) { $veri = fgets($fp,999); echo $veri."
"; } flclose($fp);


Txt faylı ilə olanların ümumi məntiqi budur. Başa düşməyən olursa vidyonu izləyib ətraflı məlumat ala bilərlər.

2. Yazıları verilənlər bazasına(data base) yazdırmaq üsulu. Bu üsulun digərindən fərqi yazıları txt faylına deyil verilənlər bazasına yazdırırıq və sonra o yazıları verilənlər bazasından sorğularla geri alırıq. İlk növbədə Chat adlı verilənlər bazası yaradırıq. Bazanın sütunlarını özünüz istəyinizə uyğun qura bilərsiniz. Verilənlər bazasına yazıları yazdırmaq aşağıdakı sorğu ilə olur:

$sql="insert into chat (ad, chat) values ('$ad','$chat')"; mysql_query("$sql");


Burada yazanın adını və yazdıqlarını bazaya yazdırırıq.

$sorgu = mysql_query("Select * from chat"); while ($sonuc=mysql_fetch_array($sorgu)){ echo "Üyeler $sonuc[0]= $sonuc[1] $sonuc[2] \n"; }


Bu kodlar ilə də bazaya yazdıqlarımızı geri alırıq. Bir də ümumilikdə səhifə yeniləmə vardır və bu da ajax ilə hazırlanır.

function veriler(){ $.get("index.php?t=bis&n=1",function(data){ jQuery('#veri').html(data); }); } window.setInterval("veriler()",1000);


window.setInterval("veriler()",1000); - ilə hər 1 saniyədə div-in içərisinə index.php?t=bis&n=1 səhifəsini gətirərək yeniləyəcək. Ümumi məntiq budur, əgər başa düşməyən olarsa mütləq vidyonu izləsin.

Baxış sayı: 426

İp sayı: 237

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Address

Nərimanov, Əhməd Rəcəbli

Social

Yeniliklərə abunə olun